Bu rayonda məktəb direktoru olan qadınların çantaları , kişilərin isə corabları yoxlanılır. Rüşvət, qanunsuzluq, özbaşınalıq, haqsızlıq hamısı bu rayondadır. Ölkənin ən biabırçı təhsil idarəçiliyi , məhz bu rayona məxsusdur. Söhbət Ağdam rayonunun təhsil sistemindən gedir. Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib. Rüşvət əvvəl bir
idisə , indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir. Ağdam rayon RTŞ- nin müdiri məktəb şəbəkəsinin yığılması və təsdiq edilməsi adı ilə məktəb direktorlarına müraciət edib. Bildirmək istəyirik ki, Təhsil Nazirliyi tərəfindən UTİS proqramı yaradıldıqdan sonra məktəb direktorlarının “şagird şəbəkəsinin verilməsi” adı ilə müdiriyyətlə alverinə son qoyulmuşdur. Ancaq Misirxanova yenə də pul yığmaq vərdişindən əl çəkməyib. Şəbəkənin təsdiq olunması adı ilə direktorları pul gətirməyə səsləyir. Eyni zamanda məktəblərdə dərnək saatlarının tədrisinə icazə vermək adı ilə də pul yığımına start verdi. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədrisin təşkilində dərnək saatlarının tədrisinin dayandırılması ilə bağlı heç bir bənd, maddə yoxdur. Uyğunlaşdılrılmış tədris planında da belə bir qadağa, məhdudiyyət yoxdur. Məktəblərdə dərnək saatlarının dayandırılması ilə bağlı Təhsil Nazirliyinin də heç bir qərarı, əmri yoxdur. RTŞ-nin müdiri Pandemiya vəziyyətindən də əlverişli məqam kimi istifadə edib direktorları pul gətirməyə sövq edir. Səs yazısı deyilənlərin sübutudur.
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
18
sentyabr
15:32
Qarabağ
KOMMENTLƏR
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Evində nişan mərasimi keçirən vəzifəli şəxsə töhmət verildi
Azərbaycanda vəzifəli şəxs karantində qızına nişan etdiyi üçün cəzalandırıldı - VİDEO
Təhsil Nazirliyindən dərslərlə bağlı — VACİB XƏBƏR
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı