Ermənistan müharibəyə hazırlaşır. Bunu yerli telekanallara son müsahibəsində Prezident İlham Əliyev də açıq-aydın bəyan etdi.
Öncə Suriyadan, İraqdan, indi isə Livandan erməni ailələrini və xüsusi təlim keçmiş terrorçuları Azərbaycanın işğal edilmiş torpaqlarına gətirən ermənilərin müharibə hazırlığı bununla da bitmir. Rusiyanın müxtəlif yollarla silahlandırdığı Ermənistan terrorçuları Qarabağ və ətraf rayonlara yerləşdirmək üçün müxtəlif variantları yoxlayır.
Bəzi mənbələrdə isə Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürdüyü məlumatları yer alır. Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan Tovuz döyüşlərindən dərhal sonra PKK terrorçularının liderləri ilə görüşüb və onları terrorçuları Qarabağa göndərməyə razı salıb. Qraçya terrorçuların Azərbaycan torpaqlarına köçürülməsi üçün öncə İraqın kürd nümayəndəliyinin səlahiyyətliləri ilə masa ətrafında əyləşib. Kürd rəhbər Bərzani Ermənistanın bu istəyinə qarşı çıxsa da, erməni diplomatın Kürdüstan Vətənpərvərlər İttifaqının rəhbərləri ilə görüşü nəticə verib.
Tovuz döyüşlərindən sonra baş tutan bu görüşdə Ermənistan səfirinin terrorçuların Qarabağa göndərilməsi təklifi qəbul edilib. Beləliklə, yüzlərlə silahlı terrorçu Süleymaniyyədən avtobuslarla yola çıxaraq İran sərhəddindən keçərək Kirmanşah vasitəsi ilə işğal edilmiş torpaqlara yola salınıb. İran yüzlərlər terrorçunun sərhədlərini keçməklə Azərbaycana daxil olmasına göz yumub. Yaxın vaxtlarda bu yolla minlərlə terrorçunun Qarabağa və ətraf rayonlara köçürülməsi istisna edilmir. Rəsmi İrəvanın I Qarabağ Müharibəsində istifadə etdiyi taktiki gedişi yenidən təkrarlayacağı və Azərbaycana qarşı yenə terrorçuları və muzdluları cəbhəyə yığacağı gözlənilir.
Ermənilərin bu planlarından xəbərdar olan Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda geosiyasi balansa böyük təhlükə olan Ermənistan hakimiyyətinə bəlkə də son xəbərdarlığını etdi. Destruktiv, dağıdıcı, iftiraçı təfəkkürə malik forpost, barbar xislətli idarəçiliyin danışıqlardan qaçdığını açıq etiraf edən Prezident "Azərbaycan xalqı doğrunu bilməlidir" dedi. İlham Əliyev Nikol Paşinyanın etdiyi açıqlamalarla müzakirələri pozduğunu qeyd etdi. O, Azərbaycanın qarşısına 7 şərt qoyan Nikol Paşinyana "Sən kimsən ki, bizimlə şərt dilində danışırsan?! Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyas ömrü çox çəkməyəcək" sözləri ilə barmaq silkələyib. Prezident İlham Əliyev Tovuz döyüşlərinə diqqəti yönəldərək "Əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim buna tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasətimizdə bu yoxdur. Əgər bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin" deməklə Ermənistanı növbəti təxribatda hansı aqibətlə qarşılaşacağına işarə etmiş oldu.
Prezidentin "Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq. Axırı pis olacaq onlar üçün" açıqlaması isə ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olan Rusiyanın Ermənistanı silah-sursatla təchizatı Azərbaycanın bu beynəlxalq təşkilatdan ədalət gözləntilərinin üstündən artıq xətt çəkdiyini bir daha nümayiş etdirdi. BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli olduğuna baxmayaraq, Paşinyan hakimiyyəti havadarlarının dəstəyi ilə bu qətnamələri icra etmir. Prezident eyni zamanda muzdluları və terrorçuları Azərbaycan torpaqlarına gətirən Ermənistanın bu addımla BMT-nin bir çox konvensiyasını dünyanın gözü qarşısında açıq şəkildə pozduğu halda heç bir beynəlxalq təşkilatlardan təpki görmədiyinə eyham vurub.
Halbuki BMT-nin "Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası"nın 5-ci bəndində açıq şəkildə qeyd olunur ki, "Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər".
Azərbaycan artıq yaxşı anlayır ki, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı tərk etməsi üçün bir variant qalır.
Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistanın "Müdafiə haqqında" qanuna dəyişikliklər edərək Suriya, Livan, İraq, Fələstin və s. Yaxın Şərq ölkələrindən gətirilən muzdlu və terrorçuların Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirmək üçün qısa zamanda əllərindən gələni etməsi Azərbaycan Prezidentinin rəsmi İrəvana "Çirkin planlarınızdan əl çəkməsəniz, sizin üçün nəticə çox pis olacaq" mesajı verməsinə səbəb oldu.(milli.az)
Ermənistana "müharibə" əmri verilib — Azərbaycan terrorçularla savaşacaq
21
sentyabr
12:25
Qarabağ
KOMMENTLƏR
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
"Ermənistanın bu əməlləri beynəlxalq hüququn pozulmasıdır" - Çingiz Qənizadə
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
Livandan Qarabağa terrorçular köçürülür - bəs vasitəçilər niyə susur?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı