Bərdənin Böyük Qəcər kənd sakini Şəmilova Fazilə Əkbər qızı mətbuat vasitəsilə ölkə rəhbərliyinə, xeyriyyəçi insanlara, iş adamlarına ürəkparçalayan müraciət ünvanlayıb.
Prezident İlham Əliyevdən, I vitse-prezident Mehriban Əliyevadan imdad diləyən F.Şəmilova video müraciətində qeyd edib ki, oğlu, 1989-cu il təvəllüdlü Şəmilov Babək Zöhrab oğlu qara ciyər serrozudur və cavan balasını əməliyyat etdirməyə maddi imkanı yoxdur.
Ümidi hər yerdən üzülən, əlində-ovcunda qalan qara qəpiyini də oğlunun müalicəsinə xərcləyən ana prezident və xanımından yardım istəyib.
Onun sözlərinə görə, övladı Babək Şəmilov Bakı 2 saylı peşə litseyini oxuyub, sonra Dövlət Dəmiryolu Litseyində təhsilini davam etdirib.
Övladının subay olduğunu bildirən ana bildirib ki, ona ciyər serrozu diaqnozu qoyulub və qara ciyər köçürülməlidir.
F.Şəmilovanın sözlərinə görə, oğlunun donoru da var, yaxın qohumdur: “Mərkəzi klinikanın həkimi Mircəlal Kazımi bizə dedi ki, ciyər köçürülməsi üçün əməliyyat xərci 45 000 manatdır.
Bizim isə həmin pulu keçirməyə imkanımız yoxdur. Babəkin atası Qarabağ müharibəsi veteranı, ikinci qrup əlildir.
Bu günə qədər uşağın müayinə və müalicəsinə borc xərclə 10 000 manat xərcləmişik. Təəssüf ki, əməliyyat xərci olan 45 000 manat vəsaiti köçürməyə imkan qalmayıb.
Mən mətbuat vasitəsilə prezidentimizdən, xanım Mehriban Əliyevadan, imkanlı vətənpərvər oğullarımızdan, gücü çatan hər bir şəxsdən xahiş edirəm, yalvarıram, oğlumun yaşaması üçün istənilən məbləği köçürməyə köməklik göstərsinlər.
Xüsusən də dövlət başçımıza, Mehriban xanıma üz tuturam, 45 min manat əməliyyat xərcində köməklik etsinlər. Bizim dövlətimizdən, onun rəhbərlərindən başqa heç kəsə ümidimiz qalmayıb.
Mən cavan balamın ayağa qalxmasını istəyirəm, onun toyunu eləmək arzumdur. Bu günə qədər müalicəsinə 10 min manatımız gedib, amma nəticəsi olmayıb.
Həkim Mircəlal Kazımi deyir ki, qara ciyər köçürülməlidir. Donorumuz da hazırdır, gözləyir. Sadəcə, o vəsait yoxdur ki, uşağı xilas edək”.
Əlaqə nömrəsi: 050 676 22 99
Qarabağ qazisinin oğlu ölüm ayağında - Ana ölkə başçısından kömək istədi (VİDEO)
21
sentyabr
12:58
Qarabağ
KOMMENTLƏR
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY
Elektron siqaretdən istifadə yaşı 18-dən 26-ya qaldırıldı – Ağ ciyəri məhv edir
Azərbaycanda 14 yaşlı məmur oğlu maşınla yeniyetmə qızı vurdu
İlham Əliyev sərəncam imzaladı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı