K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən “Bəzi tibb müəssisələrinin ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında” əmr imzalanıb.
Əmrə əsasən daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin strukturuna daxil edilib.
Məlumat üçün bildirək ki, Uşaq Nevroloji Xəstəxanasında 10 şöbə və 80 nəfər tibb personalı fəaliyyət göstərir. Tibb müəssisəsində sinir sistemi xəstəlikləri və xəsarətləri olan uşaqlar müalicə edilir.
Uşaq Bərpa Mərkəzində isə 5 şöbə və 96 tibb personalı fəaliyyət göstərir. Uşaq Bərpa Mərkəzi ölkədə uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların inkişafına çalışan tibb müəssisəsidir. Mərkəz uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir.
Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin 27.04.2021-ci il tarixli 11 nömrəli qərarına əsasən “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının tabeliyinə verilməsi yolu ilə yenidən təşkil olunub.
Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi
29
dekabr
11:44
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda bu tibb müəssisələri birləşdirilir - SİYAHI
Bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır - SİYAHI
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundu
Bu xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirildi - SİYAHI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı