Azərbaycanda fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıların proqramlarının ölkə üzrə tam yayımına nail olunması, habelə sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə ölkədə radio yayım üzrə optimal həddə çatmaq üçün təkliflər hazırlanıb.
“Report” xəbər verir ki, təkliflər Audiovizual Şura tərəfindən dəqiqliklə işlənilib.
Belə ki, Audiovizual Şuranın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, habelə radio yayımçıların adından çıxış edən “Rəqəmsal və audiovizual yayım sənayesi” (RAYS) İctimai Birliyinin radio komitəsinin mütəxəssislərinin daxil olduğu işçi qrup ölkədə radioyayımın optimal həddinə çatmaq üçün RTYS-lərin və həmin stansiyalarda quraşdırıla biləcək zəruri avadanlıqların siyahısını hazırlayıb.
Audiovizual Şura tərəfindən həmin təkliflər daha dəqiq işlənərək müvafiq orqanlara təqdim olunub.
Sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə təkliflər hazırlanıb
02
yanvar
17:15
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı