Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzdən bildirilib ki, Mərkəzin direktoru Sevinc Əliyeva antroponimlərin mənsub olduğu hər bir xalqın tarixini, mədəniyyətini, dini etiqadını, adət-ənənələrini əks etdirən vahidlər kimi dilin lüğət tərkibinin mühüm hissəsini təşkil etdiyini bildirməklə ad və soyadların transliterasiyası sahəsində xeyli qüsur və nöqsanların olduğunu qeyd edib.
O, mövzunun aktuallığını vurğulamaqla KİV-də işlənən Avropa və türk mənşəli antroponimlərin yazılışındakı variantlılığın aradan qaldırılmasının, sözlərin yazıda dilimizin səs tərkibinə uyğun şəkildə ifadəsinin təmin edilməsi işində mütəxəssislərin iştirakının zəruriliyini bildiriib.
“Türk ad və soyadlarının transliterasiyası” mövzusunda çıxış edən şöbə müdiri dosent Şahlar Məmmədov isə fonetik transkripsiya yolu ilə transliterasiya probleminin tam həll olunmaması səbəbindən xarici adların da yazılışı və tələffüzündə pərakəndəliyin hökm sürdüyünü, mövcud transliterasiya standartlarının praktik baxımdan yetərli olmamasını qeyd etməklə ad və soyadların Türk dilindən dilimizə transliterasiyasında bəzi mübahisəli məqamların mövcudluğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, bəzən müvafiq səslərin konvertasiyası və sözlərin transliterasiyası məna təhrifinə səbəb olur. Bu baxımdan sözügedən antroponimlərin mənbə dildəki kimi yazılması daha məqsədəuyğundur.
Dosent Şahlar Məmmədov Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələrinə əsasən, transliterasiya sahəsində vahid prinsiplərin olmamasını qeyd etməklə müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, fərdi xüsusiyyətlərin nəzərə alınmasının zəruriliyini bildirib.
Müzakirədə çıxış edən alim və mütəxəssislər tədbirin olduqca aktual mövzuya həsr edildiyini vurğulamış, türk ad və soyadlarının transliterasiya istiqaməti üzrə vahid transkripsiya normalarının hazırlanması, transliterasiya prinsiplərinin müəyyənləşdirilməsi, türk ad və soyadlarının transliterasiya lüğətinin hazırlanması və s. məsələlər barədə geniş bəhs ediblər.
Türk ad və soyadlarının transliterasiya lüğəti hazırlana bilər
13
yanvar
18:48
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı