"İran dövləti məsuliyyət daşıyır".
Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
"Xarici ölkə ərazisində olan səfirliklərimiz Azərbaycan ərazisi sayılır. Yəni, igidimiz torpağımızı qorumaq uğrunda şəhadətə qovuşdu. Dua edirik ki, şəhidimiz Allah qatında ən uca məqamlara çatsın. Mənə bu səadət nəsib oldu ki, şəhidimizin cənazə namazını qıldım. Heç şübhəsiz ki, bu hadisə həm də Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisə ümumiyyətlə nadir görünən hadisədir. Buna görə də İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq hüquqla vəzifədir, həm də dini vəzifədir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir", - deyə o bildirib.
"Terrora görə İran məsuliyyət daşıyır" - Hacı Şahin
30
yanvar
13:59
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı