“Fəaliyyətim müddətində iqtisadi əlaqələri daha da gücləndirmək əsas prioritet olacaq”.
Pravda.az-ın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee brifinqdə deyib.
“İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Müxtəlif sahələr var ki, burda iqtisadi əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına töhfə verə bilər. Bildiyiniz kimi, dünya pandemiya ilə mübarizə aparır və ölkəmizdə bəzi dərman şirkətləri var ki, onlar virusun müalicəsində istifadə olunan dərmanlar istehsal edir. Digər bir sahə turizmlə bağlıdır. Ötən il 40 min pakistanlı Azərbaycana səyahət edib. Turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Pakistanla Azərbaycanın təbiəti, tarixi yerləri qarşılıqlı olaraq vətəndaşlar üçün cəlbedicidir. Təhsil sahəsində əməkdaşlıq üçün imkanlar var. Pakistanda aparıcı universitetlər var və tələbə mübadiləsi çərçivəsində azərbaycanlı tələbələr bu universitetlərdə təhsil ala bilər”, - deyə səfir deyib.
40 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA
25
sentyabr
17:07
Qarabağ
KOMMENTLƏR
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Pakistanın yeni səfiri bu tarixdə Azərbaycana gələcək
Pakistanın yeni səfiri Azərbaycana gəlib
Səfir: "Almaniya Cənub Qaz Dəhlizi layihəsinə dəstək verir
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı