"Ölkəmizdə inşa olunan çoxmənzilli binaların zəlzələyə davamlılıq məsələsi ilə bağlı fikir bildirərkən ilk növbədə həmin binaların ciddi araşdırılmasına ehtiyac var. Demirəm ki, Azərbaycanda tikilən binalar 100 faiz keyfiyyətlidir və yüksək ballıq zəlzələyə davamlıdır".
Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, son illər şəhərin mərkəzində və ona yaxın ərazilərdə inşa olunan binaların çoxu keyfiyyət standartlarına tam cavab verir:
"Onların zəlzələyə davamlılığı olduqca yüksəkdir. Qeyd etmək istərdim ki, zəlzələnin gücü, təkanın baş vermə müddəti də nəzərə alınmalıdır. Məsələn, elə ola bilər zəlzələ təkanı 20-25 saniyə və ya 2-3 dəqiqə çəkə bilər. 7,5-8 ballıq zəlzələdə 9 ballıq zəlzələyə dayanıqlı bina da defarmasiyaya uğrayacaq, uçacaq".
Paytaxtda istismar müddətini başa vurmuş nə qədər binanın olmasına gəlincə, ekspert bildirib ki, 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin açıqladığı rəqəm var:
"O zaman Nazirlər Kabinetinin bununla bağlı sərəncamı oldu. Təqribən istismar müddətini başa vurmuş 11 minə yaxın köhnə tikilinin sökülməsi məsələsi gündəmə gəlmişdi. Bununla bağlı qərar da var idi. Ondan sonra pilot layihə çərçivəsində bu binaların çoxu söküldü. İndi bunu konkret söyləmək düzgün deyil. O baxımdan ki, bununla bağlı ciddi araşdırma aparılmalıdır. Bütün hallarda köhnə çoxmənzilli binaların əksəriyyəti Türkiyədəki kimi zəlzələyə davamlı və dayanıqlı deyil. Bu binaların əksəriyyəti beton panel konstruksiyalardan ibarətdir və bir çoxunun zirzəmilərinə uzun illərdir su yığılıb ki, həmin binaların dayanıqlığı xeyli zəifləyib. Həmin binalarla bağlı narahatlıqlar var. Bu narahatlıqlar həmin binalar tam sökülüb başa çatdırılmayana qədər davam edəcək. Həmin binaların hansısa formada bərkidilməsi, üzlənilməsi bu binaların fiziki ömrünü o qədər də uzatmır".скачать dle 12.1