Məlum olduğu kimi, Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransa liderləri arasında keçən ilin oktyabrında Praqada əldə edilmiş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirilib. Missiya 2 aylıq nəzərdə tutulmuşdu və müddət dekabrın 19-da tamamlandı. Lakin Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin açıqlamasından məlum oldu ki, Aİ Ermənistana uzunmüddətli missiya göndərməyə qərar verib.
Məsələ ilə bağlı news365.az-a danışan millət vəkili Elman Nəsirov bildirir ki, Rusiyanın müttəfiqi olan Ermənistan artıq anti- Rusiya siyasəti həyata keçirməkdədir:
“Əvvəlcə Ermənistan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı( KTMT)”ndan çıxması, Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması tələbini irəli sürdü. İndi isə Paşinyan hökuməti açıq şəkildə qərbyönümlü xəttə keçid edib. Ermənistan Avropa İttifaqının mülki missiyasını iki ay müddətinə Ermənistana dəvət etdi. İndi isə onlar həmin missiyanın müddətinin iki ilə qədər artırılmasını, 40 nəfərlik heyətin 200 nəfərlik heyətlə əvəzlənməsini və bu missiyaya hərbi elementlərin əlavə edilməsini istəyirlər”.
Bununla yanaşı deputat qeyd edir ki, Ermənistan tərəfi mülki missiya adı altında hərbi qüvvələri bölgəyə gətirməyə çalışır:
“Mülki missiya adı altında Fransa jandarmı və alman polislərinin də prosesə cəlb edilməsi haqqında razılaşma var. Artıq mülki missiya ifadəsini işlətmək düzgün olmaz. Faktiki olaraq, Ermənistan mülki – hərbi missiyasını dəvət edir. Gələcəkdə isə bu missiyanın tamamən hərbi missiyaya çevrilməsi mümkündür. Başqa sözlə, artıq KTMT-nin NATO ilə əvəzlənməsi anlamına gəlir”.
Deputat bildirir ki, Ermənistanın bu addımlarının Rusiyanı hiddətləndirəcəyi və Kremlin Ermənistanla bağlı ciddi ölçü götürəcəyi istisna edilmir.
“Ermənistanın bu siyasəti Rusiyanı hiddətləndirəcək”
24
fevral
18:09
Qarabağ
KOMMENTLƏR
Cozep Borrellin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANATI
Aİ Azərbaycan və Ermənistan sərhədinə missiya yerləşdirməyə başladı
Zaxarovadan Ermənistana missiya yerləşdirilməsinə ETİRAZ
Lavrov-Abdullahian görüşü: "İran Ermənistanın vəkili kimi çıxış edəcək, Rusiya isə..." - ŞƏRH
Rusiya ilə Qərbin üçüncü toqquşma nöqtəsi… – özəl
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı