Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.
Kafedranın məlumatına görə, 5-7 mart tarixlərində geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, 15 mart tarixi üçün isə 4 olacağı proqnozlaşdırılır. Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, 25-28 mart tarixləri üçün geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50%, X sinif alışmalar üçün isə 15% -dir. 02-04 mart tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcək.
Martda maqnit qasırğası gözlənilir
02
mart
16:49
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı