Qırmızı və ağ ət qida rasionunun vazkeçilməzləri arasındadır. Bir çox insan zülalla zəngin olan ağ və qırmızı ətin yuyulub-yuyulmadığı ilə maraqlanır. Bəs, kiçikdən böyüyə hər kəsin yeməli olduğu bu qida yuyulmalıdırmı?
Çoxları əti əvvəl soyuq suda isladıb, yaxşıca yuyurlar və süzdükdən sonra bişirilər.
Peşəkar aşpazlar əti qətiyyən yumamağı tövsiyə edir. İnsanlar əti üzərindəki artıq maddələrdən, bakteriyalardan təmizləmək üçün yuyurlar.
Araşdırmalara görə, bəzi bakteriyalar ətə yapışır və hətta yuyulma prosesi də bakteriyalardan xilas olmağa imkan vermir. Əksinə, daha sürətli çoxalma üçün zəmin yaradır. Bu vəziyyəti nəzərə alaraq ağ ətin və ya qırmızı ətin yuyulmasına ehtiyac olmadığı deyilir.
Ətin çirkli səthlərinə rast gəlinərsə, bu hissələr yuyulmaq əvəzinə kəsilməlidir. Yuyulma zamanı bakteriyalar hər yerə yayılmaqla yanaşı, ət islandığı üçün onların asanlıqla çoxalmasına da gətirib çıxarır.
Bununla belə, tutaq ki, ətinizi yumaq istədiniz və ya ətin üzərində yad maddələr var. Bu vəziyyətdə diqqət etməli olduğunuz müəyyən məqamlar var. Məsələn, əgər ətiniz qanlıdırsa, o zaman onun həmin hissələrini yuyun. Ancaq onu çalışıb soyuq su ilə yaxalayın. Qaynar su ilə yusanız azca da olsa onun bişməsinə və tutarlılığını itirməsinə səbəb olacaq. Ətinizi duzlu suda saxlamayın. Bu, ətinizin dadını pisləşdirəcək. Əti otaq temperaturunda açıq qoymaq qətiyyən olmaz. Bu da ətdə mikrobların və bakteriyaların artımına gətirib çıxardır.
Ət bişirilməzdən əvvəl niyə yuyulmamalıdır? - CAVAB
15
mart
18:52
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı