Qarabağ iqtisadi rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir.
Bunu APA-a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi yekunlaşmalıdır. Orada sürətlə işlər davam edir. Eyni zamanda, bu il Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan həm birinci, həm ikinci yaşayış məhəllələri, həm də Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa quruculuq işlərinə başlanılacaq”, - Prezidentin xüsusi nümayəndəsi deyib.
Emin Hüseynov qeyd edib ki, Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək. Bu proseslər öz qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.
Emin Hüseynov onu da qeyd edib ki, gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.
Bu tarixdə Hadruta köç başlayacaq
16
mart
16:24
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı