Məlum olduğu kimi, martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanda ən yüksək nəticəni Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. O, 296.7 bal toplayıb.
“Qafqazinfo”ya danışan məktəbli imtahan nəticələrinin yüksək olmasında müəllimlərinin rolunun böyük olduğunu bildirib: “Müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm. Özəl tədris mərkəzində hazırlaşmışam. Həm müəllim heyəti, həm də rəhbərlik mənə dəstək olub. İmtahanda uğur əldə etmək üçün sistemli çalışmaq önəmli faktordur. Mən çalışırdım ki, vaxtımı düzgün bölüm, imtahana qədər mövzuları bitirim, əlavə mütaliə edim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim, bu mənim üçün çox gözəl nəticə oldu. Yüksək nəticəni gözləyirdim, həqiqətən, çox sevindim”.
Gələcək tələbə informasiya təhlükəsizliyi sahəsində ali təhsil almaq istədiyini deyib: “Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə təhsil almaq istəyirəm. Gələcəkdə magistr təhsilini xaricdə almaq fikrindəyəm. Ondan sonra vətənə qayıdıb ölkəmizə xidmət edəcəyəm”.
Qeyd edək ki, A. Hacıyev iki il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.
Buraxılış imtahanında ən yüksək balı o topladı - Foto
07
aprel
17:39

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər