Bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gələn aktyor Elvin Ağayev aparıcılıq edəcək. 
Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşı Elvina Ağayeva ilə birlikdə Kanal S-də işə başlayıb.
Onlar birlikdə “Elvin Elvinayla oyna” adlı proqrama aparıcılıq edəcəklər.
Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən Elvin bir müddət əvvəl yardım üçün "Səni Axtarıram" verilişinə çıxıb. Onun əməliyyatı üçün 90 min manat toplanıb. Elvin Türkiyədə qaraciyər əməliyyatı keçirib. 
скачать dle 12.1