Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.
"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmış, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.
O da bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnmiş, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.
Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI
13
aprel
13:12
Qarabağ
KOMMENTLƏR
Bir sıra dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib
Qiymətlər hansı əsaslarla artırılır? - Tarif Şurasından AÇIQLAMA
Təhsil Nazirliyində pozuntular AŞKARLANDI
Bu qurumda yoxlama aparıldı, Baş Prokurorluğa müraciət edildi
60 milyon manatlıq tenderlərdə şübhəli hallar aşkarlanıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı