“Ermənistan paytaxında Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağı yandırıldı. Bundan bir neçə gün öncə isə, Azərbaycan əsgərinin Ermənistanda döyülməsi faktı qeydə alınıb. Bütün bunlar dünyanın gözü qarşısında baş verməkdədir”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə də, belə beynəlxalq yarışma çərçivəsində bu hadisənin baş verməsi, heç şübhəsiz ki, bir neçə nəticələr çıxarmağa imkan verir:
“Birincisi, Ermənistan növbəti dəfə sübut etdi ki, bu ölkədə terrorçuluq, faşizm dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Bir daha bu hadisələr sübut etdi ki, Ermənistanda türkəfobiya, Azərbaycanafobiya, İslamafobiya və irqçilik dövlət siyasəti səviyyəsindədir”.
E.Nəsirov qeyd edib ki, eyni zamanda, bu hərəkət yalnız Azərbaycana düşmənçiliyin ifadəsi deyil, həm də beynəlxalq idman ictimaiyyətinə qarşı hörmətsizlikdir:
“Hesab edirəm ki, bu olanlardan Ermənistan dövləti, onun ali siyasi rəhbəri çox ciddi məsuliyyət daşıyır. Çünki onların “xeyir-duası” olmadan bu hadisə ola bilməzdi”.
Deputat vurğulayıb ki, Azərbaycan bayrağını yandıran şəxs ən tez zamanda həbs edilməli və cəzalandırılmalıdır:
“Bundan əlavə, bu yarışmanı təşkil edən idman qurumları Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Ermənistanın bu kimi yarışlara ev sahibliyi etmək hüququ əlindən alınmalıdır. Onlara bildirilməlidir ki, Ermənistan belə yarışlar keçirmək üçün hazır deyil. İdman xalqları birləşdirən vasitədir. Ermənistan isə bundan xalqlar arasında nifaqı dərinləşdirmək üçün istifadə etdi”.
E.Nəsirov təəssüf hissi ilə bildirib ki, beynəlxalq təşkilatlar hələ də bu olanlara qarşı sakitliyini pozmur, ortaya mövqe qoymur:
“Lakin Ermənistana qarşı sərt təsir və təzyiq mexanizmləri işə salınmasa, onlarda arxayınçılıq sindormu daha da güclənəcək. Eyni yanaşmanın ucbatından torpaqlarımız otuz il işğal altında qaldı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmədi və buna görə də bu münaqişə də həllini tapa bilmirdi. Sonda yenə qeyd edirəm ki, bu olanlar Ermənistanın ali rəhbərlərinin, beynəlxalq ictimaiyyətin üstünə düşür”.
Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmasa... - Deputatdan beynəlxalq qurumlara ÇAĞIRIŞ
17
aprel
17:08
Qarabağ
KOMMENTLƏR
“Ermənistan vandal hərəkəti ilə idman yarışları keçirməyə layiq olmadığını göstərdi” - ELMAN NƏSİROV
Elman Nəsirov: “Beynəlxalq birlik minatəmizləmə sahəsində Azərbaycana dəstək vermir” - VİDEO
ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilər
"Ermənistan idmançıları da gələcəkdə Azərbaycanda keçirilən idman yarışlarında iştirak edə bilər".
Millimiz İrəvanda keçirilən Avropa çempionatından İMTİNA ETDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı