Sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa istintaqa ifadə verib.
Bu barədə Lent.az-a millət vəkilinin özü məlumat verib.
Ona qarşı törədilən terrorla bağlı hələlik heç bir yeniliyin olmadığını dilə gətirən F.Mustafa istintaqın gedişini gözlədiyini deyib:
"Bu barədə bilgim yoxdur. Hələlik mənə heç bir açıqlama verilməyib. Zərərçəkmiş şəxs kimi mənim ifadəmi alıblar. Qalan məsələlərlə bağlı məlumatım yoxdur. İstintaqı gözləyirəm”.
Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Fazil Mustafa istintaqa ifadə verdi
19
aprel
11:37
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı