Dünən Biləsuvar rayonunda baş vermiş qaz sızması ilə nəticələnən partlayışla bağlı araşdırma aparılır.
Bunu Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, belə hadisələr baş verən zaman yerində komissiya yaradılır: "Biz təkcə “Azəriqaz” olaraq orada araşdırma aparmırıq. Hadisə yerində həm Fövqəladə Hallar Nazirliyi, həm də prokurorluq əməkdaşları tərəfindən birgə araşdırmalara başlanılıb”.
R. Əliyevin fikrincə, hadisənin ilkin görüntüsündən ehtimal olunur ki, partlayış qaz sızması səbəbindən baş verib: “Qaz avadanlığının hansısa açıq olub. Bu, onu göstərir ki, hadisə hər hansı qaz yığıntısından baş verib".
O əlavə edib ki, belə hadisələr çox vaxt səhlənkarlıqdan baş verir: “Çünki ildə bir dəfə təlimat keçirik. Abonent 364 gün özü mənzilini idarə edir. Biz bununla bağlı maarifləndirmə işləri görürük. Buna baxmayaraq, problem hələ də gündəmdə qalmaqdadır. Arzu edirik ki, abonentlərimiz daha diqqətli olsunlar".
"Azəriqaz"ın rəhbərindən Biləsuvardakı partlayışla bağlı AÇIQLAMA
25
aprel
11:36
Qarabağ
KOMMENTLƏR
"“Tarqovu”dakı partlayışın qaz sızması ilə əlaqəsi yoxdur" - VİDEO
"Qaz itkiləri 8,3 faiz azalıb" - Ruslan Əliyev
FHN: "Xırdalandakı partlayışla bağlı araşdırma aparılır, ekspertizalar təyin edilib"
Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ
Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı