Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna yeni - 1-1-ci Fəsildə əlavə olunur.
Layihəyə əsasən, dövlət qulluqçuları olan yoxlayıcılar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinə əməl etməlidirlər. Həmin Qanunun etik davranış qaydalarına dair tələbləri dövlət qulluqçusu olmayan yoxlayıcılara da şamil olunur.
Yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:
- yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;
- yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.
Bu hallar müəyyən edildikdə, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilərək yeni yoxlayıcı təyin edilir və həmin qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.
Yoxlayıcı maddi və sair nemətlər, imtiyazlar və ya güzəşt qarşılığında rəsmi və ya qeyri-rəsmi qaydada, yoxlanılan sahibkara ödənişli məsləhət xidmətləri göstərə bilməz.
Yoxlayıcı bu hallarda yoxlama apara bilməz
04
may
12:14
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı