"Biz Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin davam etməsinin və münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz danışıqların olmasını müsbət qiymətləndiririk".
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, müxtəlif səbəblərdən danışıqlar prosesində müəyyən fasilələr yaranmışdı.
"Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman ardıcıl və davamlıdır. Əfsuslar olsun ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşmalar və fikirlər səslənir. Bilirsiniz ki, sülh danışıqları ilə bağlı da 6 aya yaxın fasilə olmuşdu. Beynəlxalq vasitəçilərin rolu ilə bu danışıqlar yenidən başladı. Müəyyən fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi müsbət haldır",- deyə o əlavə edib.
Qeyd edək ki, nüfuzlu "Financial Times" nəşri mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcəyini yazıb.
"Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə olmuşdu" - Ceyhun Bayramov
10
may
11:12
Qarabağ
KOMMENTLƏR
"Azərbaycan-Ermənistan danışıqları yaxın həftələrdə baş tutacaq" - Nazir
Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
"Ermənistan Azərbaycana təkliflər göndərib" - Ceyhun Bayramov
"İstəyirik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun" - Fransalı nazir
Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcəyini AÇIQLADI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı