Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan bölmələrimizdə olublar.
MN-dən verilən məlumata görə, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar.
Bölmələrimizin arsenalında olan döyüş texnikası ilə tanışlıqdan sonra nümayəndə heyəti, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını və döyüş hazırlığı məşqlərini izləyib.
Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən hərbi birliklərin keçdiyi döyüş yolu haqqında qonaqlara brifinq təqdim edilib.
Türkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə olub
12
may
17:26
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı