Azərbaycanın məşhur komediya aktyoru, rejissor və teleaparıcı Müşviq Şahverdiyev ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı qaldırdığı məhkəmə iddiası üzrə növbəti iclas may ayının 30-da keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatında olan iş üzrə daha əvvəl 3 dəfə hazırlıq iclası keçirilib. Məhkəmə iddiasının müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbilə qaldırıldığı bildirilir.
Məlumat üçün bildirək ki, daha əvvəl “Cinemazadeh” MMC tərəfindən də Müşviq Şahverdiyevə qarşı məhkəmə iddiası qaldırılmışdı.
Onu da qeyd edək ki, 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Cinemazadeh” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Məhkəmə Müşviq Şahverdiyevin “Cinemazadeh”ya qarşı iddiasına ayın 30-da baxacaq
13
may
11:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat