“Əməkdar artist, kinorejissor Elxan Qasımovun ağciyərləri süni ventilyasiya cihazından ayrılıb”.
Bu barədə “Report”a kinorejissorun qızı Kəmalə Qasımova məlumat verib.
Onun sözlərinə görə, atası hələ də reanimasiyadadır və böyrəkləri dializ olunur: “Ehtiyac olduqda qan köçürülür. Ağciyərləri süni ventilyasiya cihazından ayrılıb. Ümumi vəziyyəti nəzarətdə saxlanılır. Hərdən ayılıb, gözünü açır. Amma hələ ki danışa bilmir. Danışdırmaq da olmaz. Boğazında traxeostomik boru var. Həkimlər dəqiq söz deyə bilmir. Vəziyyətində cüzi irəliləyiş var, amma kritik mərhələ tam bitməyib. Çoxlu qan itirib deyə, bədəni zəifləyib”.
Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən Əməkdar artistin səhhəti necədir?
15
may
16:31
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı