Bakının İçərişəhər ərazisində divara quraşdırılmış daş yumruq götürülüb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nəzarətə götürülüb. Nəticədə daş yumruğun sökülməsi qərara alınıb.