Ermənistanda hərbi-analitik portal Razm.info-nun koordinatoru Karen Vrtanesyan Azərbaycan ordusunun döyüş bölgəsindəki telekomunikasiyaya tam nəzarətindən yazıb.
“Facebook” hesabında bu barədə paylaşım edən Vrtanesyan Qarabağdakı hər zəngin bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənildiyini vurğulayıb.
Vrtanesyan Azərbaycanın müasir hərbi rabitə vasitələri ilə mobil rabitə operatorunun stansiyalarına nəzarət etdiyini, Qarabağdakı hər zəngə qulaq asmaqla yanaşı, edildiyi yeri və saatı da müəyyənləşdirdiyini, hətta əlindəki telefonun markasını da bildiyini qeyd edib.
“Bu şəkildə telefonlar 10-30 metrdən dəqiqliklə izlənilə bilər. Bu, bəzi meşə sahələrində və ya dərələrdə qeydə alınarsa, canlı qüvvənin orada yığılması deməkdir. Düşünürəm ki, hamı bunun nə demək olduğunu başa düşür. Buna görə də bütün telefonlar söndürülməlidir”, - ekspert yazıb.
Vrtanesyan eyni zamanda, zəng edənləri hərbi hissələrdən 2-3 km uzaqlaşmağa, hərbi hissədə 1-2 telefondan və 2-3 gündə bir dəfədən çox olmayaraq zəng etməyə çağırıb. Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun cəmləşdiyi yerləri asanlıqla tapmağa davam edəcək.
O, qeyd edib ki, döyüş vəziyyətinin telefonla müzakirə olunmasına gəlincə, bu, açıq şəkildə qadağan edilməlidir, çünki bütün zənglər Azərbaycan Silahlı Qüvvələri tərəfindən dinlənilir.
Erməni ekpert həyəcanla: “Telekomunikasiyayamız Azərbaycanın tam nəzarətindədir”
04
noyabr
16:49
Qarabağ
KOMMENTLƏR
“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert
“Müharibədə həlledici günlər- “Artsax” süqut ərəfəsində” – Rus mediası
Araik Arutyunyanın hospitaldan görüntüləri yayıldı - Video
Qarabağda müharibə bu tarixdə bitəcək - Kuznetsov
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı