"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı plan üzrə gedir və buna Ali Baş Komandan İlham Əliyev rəhbərlik edir. Azərbaycan Ordusu əsasən 3 rayon ərazisində əks hücum əməliyyatı aparır. Bu, geniş cəbhədir".
Bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, 3 rayonun haradasa 40-50 kilometr enində cəbhədə döyüşlər gedir: "Bu, onu göstərir ki, Azərbaycan ordusu dayanmayıb. Milli Ordumuz öz torpaqlarını və yaşayış məntəqələrini düşməndən azad edir və gələcək döyüşlər üçün şərait hazırlayır.
O ki qaldı Qubadlıya, bu istiqamət bizim üçün daha önəmlidir. Çünki ora Laçın istiqamətidir. Həmin istiqamətdə Azərbaycan Ordusunun bölmələri uğurla döyüşür, irəliləyir. Hər bir yaşayış məntəqəsi bizi Laçın dəhlizinə - düşmənin təminat yolunun şah damarına yaxınlaşdırır.
Döyüşlər artıq dağlıq və meşəlik ərazilərdə gedir. Təbii ki, hər bir təpə və yüksəklik bizim üçün vacibdir. Çünki o istiqamət və relyefdə təpələr həm taktiki, həm də digər cəhətdən üstünlük təşkil edir".
Qeyd edək ki, Azərbaycan Ordusu dünən Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib.
Ordumuzun Laçın istiqamətində irəliləyişi nə yerdədir? - Polkovnik cavab verdi
05
noyabr
11:54
Qarabağ
KOMMENTLƏR
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Tezliklə Laçın rayonu haqqında xoş xəbərlər olacaq - ekspert
Suriyada qızğın döyüşlər: Bu magistrala nəzarət ələ keçirildi
Şuşa-Laçın yolunda döyüşlər: - Düşmənin nəfəsi kəsilir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı