Ermənistan ordusunun döyüş meydanında üzləşdiyi ağır məğlubiyyətlərə baxmayaraq ölkə rəhbərliyinin hələ də insanları bilə-bilə ölümə göndərməsi ölkədə günü-gündən narazılıqların artmasına səbəb olur.
Ermənistanın “168.am” informasiya portalının yayımladığı son məqalədə ölkə rəhbərliyinin insan həyatına dəyər verməməsi və xalqı bilərəkdən ölümə göndərməsi tənqid olunub.
“Qurbanların sayı rəsmi olaraq 1100 nəfəri ötüb, çox sayda hərbi qulluqçunun taleyi hələ də aydın deyil, cəsədlərin bir hissəsinin artıq Azərbaycanın nəzarətində olan ərazilərdə olduğu güman edilir.
İnsan həyatının bizim üçün ən qiymətli olması həqiqətdir. Müharibədə ölən və yaralananların olacağı da başa düşüləndir və Ermənistan hökumətinin bütün bunların vaxtında qarşısını almaq və faciəyə son qoymaq üçün nə etdiyini hələ heç kim bilmir.
Bir daha təkrar edirik, Ermənistanda ən yüksək dəyər həyatı prioritet olmalıdır. Bununla birlikdə, səlahiyyətlilərin ətalətinin, xarici siyasət korpusunun səriştəsizliyinin cavabını insanlar həyatları bahasına ödəyir. Şübhəsiz ki, hökumət buna görə cavab verəcək.
Bir neçə gün əvvəl Qarabağdakı hadisələrdən danışan Rusiya Prezidenti Vladimir Putin çıxışının bir hissəsini insan həyatına həsr edib. Hətta elə təəssürat yaranmışdı ki, Putin öz ölkəsinin vətəndaşlarının öldürüldüyü ərazidən danışır.
Bu günlərdə Baş nazir Paşinyan zəfər və həyat üçün deyil, nəyin bahasına olursa-olsun, vətən üçün ölüm məntiqi üzərində qurulan mesajlarından başqa insan həyatı ilə bağlı heç bir qeyd eləməyib.
Bu amansız müharibə nəyi göstərir? Bu hakimiyyət üçün insanın dəyəri yoxdur. Hakimiyyətin ambisiyaları, naməlum qüvvələrin borcları, qeyri-müəyyən siyasi hesablamalar var, hansı ki, Ermənistan xalqına çox baha başa gəlir. Ancaq mövcud hökumət sabah, biri gün, bir həftə və ya bir ay sonra cəza anının gələcəyini anlamalıdır. Ermənistan Respublikasının səlahiyyətliləri cavab verməlidir”.
“Bu hakimiyyət üçün insanın dəyəri yoxdur” - Erməni mətbuatı
05
noyabr
18:11
Qarabağ
KOMMENTLƏR
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
“Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir” - GƏLİŞMƏ
Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
“Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur” - Elçin Əmirbəyov
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı