“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 iyun - Silahlı Qüvvələr Günü və 28-29 iyun Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi əlavə edib.
Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.
Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:20-də çatacaq.
Yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox maraqlı vaxt keçirmələri üçün 1 iyul 2023-cü il tarixindən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.
ADY bu il martın 18-dən ölkədə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda sürətli sərnişin qatarı həftənin şənbə və bazar günlərində hərəkət edir.
Bakı-Qəbələ-Bakı istiqamətində qatar reyslərinin sayı artırılır
07
iyun
11:30
Qarabağ
KOMMENTLƏR
Bakı-Ağstafa dəmiryolu xətti üzrə əlavə reyslərin sayı bir qədər də artırılıb
ADY: Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilir
Bayram günlərində Bakı-Gəncə-Bakı qatarlarından istifadə edəcək şəxslərin NƏZƏRİNƏ
Bakı-Sumqayıt qatarı noyabrın 9-da bu rejimdə işləyəcək - CƏDVƏL
Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı