“Səsimə səs verin, Xədicəni bu dəhşətdən xilas edək... Xədicə nəzir qutusu deyil, olmamalıdır! Xədicəni xilas etmək hamımızın borcudur!"
Bu sözləri biznes-ledi Ruhi Əliyeva erməni terroru nəticəsində valideyinlərini itirən balaca Xədicə haqda deyib.
Sosial şəbəkə hesabında bu barədə yazan R.Əliyeva onu övladlığa götürmək istədiyini deyib:
"Gül üzlü Xədicəmiz. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə işğalçı Ermənistanın raket atması nəticəsində valideynlərini və böyük bacısını itirən mələküzlü Xədicədir bu videoda izlədiyiniz. Dəhşətdir, faciədir, hazırda keçirdiyim hiss və həyəcanı çatdırmaqda belə, çətinlik çəkirəm. Bu necə davranışdır körpəylə?! Xədicə zatən ciddi travma alıb və bəlkə də, o körpə ölməyi də üstün tutur hazırda. Ölməyin nə olduğunu belə bilmədən. Xədicənin hadisəsini eşidəndən onu övladlığa götürmək və doğma qızım kimi böyütmək istəyimi bildirdim. Cavab aldım ki, Xədicəyə hansısa qohumu yiyə çıxıb. Budurmu yiyə çıxmaq?! Budurmu bütün ailəsini bir gecədə itirib tək qalmış övladı ağuşuna alıb, onun yaralarını sarmaq?! Aiddiyyatı dövlət orqanlarına müraciət edərək bildirirəm ki, Xədicəni övladlığa götürmək və öz balam kimi böyütmək istəyirəm!”
Ruhi valideynlərini itirən Xədicəni övladlığa götürmək istəyir
07
noyabr
11:02
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı