OLAY yazır ki, anası iddia edib ki, qızının evdən getməsinə tanınmış reper Epi (Əkbər Novruzlu) səbəb olub. O bildirib ki, uzun müddətdir sənətçi Səmayla danışırmı və onu evdən qaçmağa sövq edib:
“Telefonu söndürüb qaçır. Əkbər deyilən biridir. Qızımı istəmir. Deyib ki, axırıncı dəfə onu “Gənclik”də qızıl mağazasının yanına qoydum. Qızım onu instaqramdan tanıyıb. 1 ilə yaxındır o adıbatmışı tanıyıb. 16 yaşında salonda işləyirdi. Çıxardım ki, uşağım tez aldanandır. Nömrələrini qırdım, yenə də uşağımdan əl çəkmədi. Mənim qızım evdə nə oldu, ona xəbər edirdi. Bilmirəm hara aparıb. Niyə mənim uşağıma köməklik edib? İşləmək, sərbəst olmaq istəyirdi. Qızım dedi ki, Epi məni istəyir. Dedim ki, istəyə bilməz. Qızımdan 10 yaş böyükdür.

X.Hidayətqızı və verilişdəki ekspertlər qadının doğru-düzgün danışmadığını, bəzi iddialarının absurd olduğunu bildiriblər. Epinin fanatları isə onun sonuncu paylaşımına “Qızı qaytar, Epi” kimi şərhlər yazıblar.

