Bakı şəhəri, Binəqədi rayonunda yerləşən cərimə meydançasına insident baş verib.
Hadisə 30 iyun 2023-cü il tarixdə qeydə alınıb.
Belə ki, saat 14:00 radələrində Binəqədi rayonunda yerləşən cərimə meydançasına YPX tərəfindən beton daşıyan maşın gətirilib. Həmin vaxt yük maşının sahibi heç kimin icazəsi və razılığı olmadan betonu cərimə meydançasında asfalt örtüyünün üzərinə töküb. Cərimə meydançasının baş növbətçisi ona bu hərəkəti dayandırması barədə xəbardarlıq etsə də, o, tələbə məhəl qoymayaraq onun və polis əməkdaşlarının ünvanına yüksək səslə nalayiq ifadələr işlədib.
Həmin şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilib. Barəsində inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 1978-ci il tarixdə Füzuli rayonunda doğulmuş sürücü Səfiyar (şərti) bildirib ki, beton daşıyan maşını YPX tərəfindən saxlanılaraq Binəqədi rayonunda yerləşən cərimə meydançasına gətirilib. Məcbur qaldığından betonu cərimə meydançasında asfalt örtüyünün üzərinə töküb. O, heç kimi söyməyib və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmaqla barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Səfiyar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 gün müddətinə inzibati qaydada həbs edilib. Qərarın icrası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə olunub.
Yol polisinə əsəbiləşdi, betonu cərimə meydançasına tökdü
03
iyul
17:23
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı