İran bu ilin əvvəlində Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın başa çatıb.
İran mətbuatı xəbər verir ki, bu barədə İranın məhkəmə və ədliyyə sözçüsü Məsud Sataişi mətbuat konfransında bildirib.
“Bu ilin yanvarında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum acı hadisə idi. Bütün aidiyyatı strukturlar hesab edir ki, bu hücumun səbəbkarına qarşı sərt tədbirlər görülməlidir”, - sözçü bildirib.
Onun sözlərinə görə, “bu işin müxtəlif məqamları müəyyən edilib, istintaq yekunlaşıb”.
Sataişi bu məsələdə Azərbaycan tərəfinin əməkdaşlığının vacibliyini vurğulayıb.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilib. Kalaşnikov avtomatı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinin binasına soxularaq Təhlükəsizlik Xidmətinin rəisini öldürüb, iki nəfəri yaralayıb. Terrorçu səfirliyin digər təhlükəsizlik əməkdaşı tərəfindən zərərsizləşdirilib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq BAŞA ÇATDI
04
iyul
13:12
Qarabağ
KOMMENTLƏR
"İran Tehrandakı səfirliyimizin bərpası ilə bağlı bizə müraciət göndərib" - Nazir
Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib
“İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır”
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb
İran rəsmisi: “Azərbaycan səfirliyinə hücumla bağlı dosye məxfidir”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı