Şair Nazilə Səfərli "Instagram"dakı paylaşımı ilə müzakirələrə səbəb olub.
O, ad çəkmədən bir neçə gün əvvəl Yazıçılar Birliyinə üzv seçilən Əməkdar artist Elza Seyidcahana söz atıb. Yazıçılar Birliyinin üzvü olmadığını vurğulayan şair bunları əlavə edib:
"Neçə gündür hamı soruşur: Yazıçılar Birliyinin üzvüsən? Xeyr... Mən bu zəif qələmlə yalnız "cızmaqaralar birliyinin" üzvü ola bilərəm. Elə qurum da ölkəmizdə yoxdur. Məni belə qəbul edirsiniz edin, etmirsiniz utandırmayın. Çox da ki, dörd kitabım var, sözlərimə otuza yaxın mahnılar bəsdələnib. Əksər aşıqların sazındayamsa, bu, mənə hörmətdəndir. İnsan gərək öz ayıbına kor ola, uğurumdan çox qüsurum var.Fəxr olunası heç nəyim olmadığına görə, heç bir fəxri adım da yoxdur. Dövlət tədbirlərinə dəvət almıram. Yaltaqlıq şeirləri yazmıram. Nə mədəniyyət nazirini tanıyıram, nə də Yazıçılar Birliyinin sədrini. Yerim xalqın arasında, sözüm də sadə xalqın dilindədir. Oradan yuxarı pilləm yoxdur. Çox zəifəm, çox".
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan bir neçə gün əvvəl Yazıçılar Birliyinə üzv seçilib.
"Mən zəif qələmlə yalnız "cızmaqaralar birliyinin" üzvü ola bilərəm" - Nazilə Elzaya söz atdı
07
iyul
10:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı