Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Məbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Sabiq məktəb direktoru 131 min manat mənimsəyib
27
iyul
16:47
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı