“Məsələdən xəbərdarıq. Azyaşlı sığınacağa, ana isə xəstəxanaya yerləşdirilib”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, komitə qadının müalicəsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb:
“Hazırda qadın Kürdəmirdə fəaliyyət göstərən tibb müəssisələrindən birinə yerləşdirilib. Vəziyyəti nəzərə alınaraq müalicəsinə başlanılıb. Onun müalicəsini Bakıda fəaliyyət göstərən tibb müəssisələrindən birində davam etdirməsi ilə bağlı danışıqlar aparılır. Məsələ nəzarətdə saxlanılacaq. Qadının qızı isə müvafiq qaydada sığınacağa təhvil verilib”.
Sığınacağa yerləşdirilən körpənin anası baxımsız vəziyyətdədir.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, qadın Kürdəmir şəhər sakini Ruhiyyə Mahmudovadır:
“Bir neçə gün öncə biz sığınacaqdakı uşaqlar üçün Nabranda yay düşərgəsi təşkil etmişdik. Bu məsələ ilə bağlı ilk şikayət də məhz həmin ərəfədə gəldi. Kürdəmir Rayon Polis Şöbəsinin inspektoru tərəfindən müraciət olundu. Uşağı birbaşa bizim yanımıza gətirdilər və gördüm ki, uşaqda davranış pozğunluğu var. Uşaq çox aqressiv idi və yemək, davranış məsələlərində ciddi nöqsanlar var. Məlum oldu ki, anası yataq xəstəsidir. Telefonda bəzi məsələlər mənə qaranlıq qaldığı üçün qadınla üzbəüz söhbət etmək üçün yanına, Kürdəmirə getdim. Danışan zaman qadın deyir ki, onu bu vəziyyətə 11 il əvvəl birinci həyat yoldaşından olan qızını boğaraq öldürən və özünü də məcburi nikaha vadar edən şəxs salıb. Qadın iddia edir ki, onu bu vəziyyətə salan hazırda məhkumluq həyatı yaşayan Qeyrət Süleymanov adlı şəxsdir. Qadının sözlərinə görə iki il öncə o, həbsxanaya bir neçə gün Q.Süleymanovun yanında qalmağa gedib.
Lakin onun bu dediklərini sübut edəcək heç bir sənədi yoxdur. Dediyinə görə, Q.Süleymanovun qardaşı arvadı Ruhiyyəyə çatdırıb ki, Qeyrətin sənə sözü var, mütləq həbsxanaya görüşünə get. O da gedib. Daha sonra bir dəfə də görüşə çağırıb və gəlməsə övladlarını öldürməklə təhdid edib. Ruhiyyə də məcbur olub getdiyini deyir. O görüş günü Q.Süleymanov tüpürcəyini şprisə çəkərək qadının ayaqlarına vurub. Bunu onu qısqandığı və yataq xəstəsi olması üçün edib. İki ildir qadının ayaqları çürüyür. Bu nə dərəcədə doğrudur, tibbi cəhətdən bu nə kimi fəsad verə bilər, bilmirəm. Bunu tibb işçiləri, ekspertiza dəqiq deyə bilər. Lakin qadının dizi bükülmür, ayaqları çürüyür. Artıq, demək olar ki, atrofiya olub. Mən inanmıram ki, bu ayaqlar bərpa olunsun.
Qadın deyir ki, birinci yoldaşından Zəhra və Vüqar adlı iki övladı var idi. Qızı boğularaq öldürülüb. Həmin məhkumluq həyatı yaşayan Q.Süleymanov 11 il öncə Ruhiyyə Mahmudovanın birinci evliliyindən olan 3 yaşlı qızını boğub öldürdüyü üçün 15 il müddətinə azadlıqdan məhrum edilib. Qadının dediyinə görə, o, uşağı boğub, boynunu sındırıb və çantaya qoyub. Qadının digər övladını da öldürməklə təhdid edib. Bu səbəbdən də Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin uşaq bizim sığınacağa yerləşdirilib”.
Kəmalə Ağazadə onu da qeyd edib ki, məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət ünvanlayıb:
“Mən aidiyyəti qurumlara üz tuturam. Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyindən bu qadına kömək etmələrini rica edirəm. Bu qadının müalicəyə ehtiyac var. Bəlkə ona pensiya təyin etmək olar? Heç olmasa qanunla nə lazımdırsa, qurumların səlahiyyətləri nəyə çatırsa, bunu edək. Məsələ çox ciddidir”.
Kəmalə Ağazadə: “Körpəsi boğularaq öldürülən qadının ayaqları çürüyür”
02
avqust
12:45
Qarabağ
KOMMENTLƏR
Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi
Valideynlərinin diləndirdiyi azyaşlı sığınacağa yerləşdirilib
Azyaşlı nəvəsinin öldüyünü deyən qadının yalanı üzə çıxdı
Atasının işgəncə verdiyi azyaşlı ilə bağlı AÇIQLAMA
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - Foto
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı