Bunu açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli Ağdam-Xankəndi yolunun Bakı və bölgə üçün əhəmiyyətini şərh edərkən deyib.

"Ağdam-Xankəndi yolu, həm də Xankəndi və ətrafının Azərbaycana inteqrasiya yoludur. İnteqrasiya loqistikadan keçir. Logistika olaraq, gələcəkdə həmin bölgənin Azərbaycana bağlanması məhz yolun infrastrukturdan asılı olacaq. Həmin yol infrastrukturunun önəmli tərkib hissəsi məhz Ağdam-Xankəndi yoludur. Burada həm dəmiryolu, həm də avtomobil yolu infrastrukturun genişlənməsi, inkişaf etdirilməsi perspektivləri vardır. Bu nöqteyi-nəzərdən, Ağdam-Xankəndi yolunun gələcəkdə bütün Cənubi Qafqazda yol infrastrukturunun beynəlxalq yük daşımaların tərkib hissəsinə çevrilməsi baxımından da əhəmiyyəti böyükdür”, deyə ekspert bildirib.
Natiq Cəfərli hesab edir ki, məsələnin ən əhəmiyyətli cəhəti Xankəndi və ətrafının Azərbaycana inteqrasiyasıdır:
"Ona görə də Azərbaycan dövlətinin bu məsələdə israrlı və ardıcıl davranması anlaşılan və doğru addımdır”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ağdam yolu təhlükəsiz olmaqla yanaşı, bütün beynəlxalq standartlara cavab verir:

"Ermənistan və onu himayə edən tərəflər cidd-cəhdlə Ağdam-Xankəndi yolunu görməməzliyə qoyurlar. Belə bir fon yaradırlar ki, guya Ermənistandan Qarabağa yüklərin daşınması üçün yeganə və alternativsiz yol Laçın-Xankəndi yoludur. Amma Azərbaycan ən böyük beynəlxalq kürsülərdə sübut etdi ki, alternativ yol var. Ağdam yolu təhlükəsiz olmaqla yanaşı, bütün beynəlxalq standartlara cavab verir. Bu, 23 km-lik yoldur. Gün ərzində 17 min avtomobilin həmin yoldan istifadə etməsi mümkündür. Ona görə də istənilən, o cümlədən humanitar yüklərin bu yolla daşınması da reallaşa bilər”.
Deputat qeyd edib ki, İrəvanın niyyəti heç də Qarabağda yaşayan ermənilərin humanitar problemlə üzləşməsi deyil. Məqsəd Azərbaycana qarşı beynəlxalq sanksiyaları işə salmaq, müxtəlif təzyiq üsullarından istifadə etmələridir.
"Azərbaycan Prezidenti Fransa Prezidentilə telefon danışığında qeyd etdi ki, Ağdam-Xankəndi yolunun reallaşması həm də Laçın-Xankəndi yolunun istifadəsinə gətirib çıxarır.Yəni Azərbaycan paralel şəkildə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yollarının mümkünlüyü ideyasını ortaya qoyur və praktiki addımlar atır”, deyə deputat fikrini yekinlaşdırıb.