Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizilə bağlı verdikləri son açıqlamalar bu yolun tezliklə açılacağına olan ümidləri artırıb. Belə ki, Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Zəngəzura da, qayıdacağımızı, özü də sülh yolu ilə qayıdacağımızı bəyan edib:
“Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.
Paşinyan isə Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib.
Erməni baş nazir onu da əlavə edib ki, Ermənistan öz ərazisindən Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırdır.
Hər iki ölkə lideri tərəfindən səslənən bu fikirlər Zəngəzur dəhlizinin açılmasının yaxın vaxtlarda reallaşacağını deməyə əsas verir.
Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması reallaşa bilər:
“2020-ci ilin 10 noyabr sənədinin icra edilməyən maddələrini Azərbaycan icra etdirdi. Onlardan biri də 10 noyabr sənədinin 4-cü bəndilə bağlı idi ki, ona əsasən də erməni silahlı dəstələri Qarabağdan çıxmalı idilər. İndiyə qədər bu məsələ yubanırdı. Azərbaycan Silahlı Qüvvələri lokal antiterror təbirləri ilə bu məsələni həll etdi.
İndi isə bəyannamənin 9-cu bəndi işləmir. Bu bənd özündə Zəngəzur dəhlizilə bağlı məsələləri ehtiva edir. Azərbaycan Prezidenti çıxışında qeyd edib ki, Zəngəzur dəhlizi ilə dinc yolla, avtomobillər, dəmir yolu vasitəsilə Naxçıvana gedib gələcəyik.
Paşinyanın da çıxışında bu məsələ ilə bağlı müsbət proseslərin getdiyinə işarələr var. Düzdür, o, Zəngəzur dəhlizi ifadəsini işlətmir. Amma əsas mahiyyətdir. O, Mehri yolu ilə daşınmadan bəhs edir. Əslində bu da Zəngəzur dəhlizi deməkdir.
Bu onu göstərir ki, hər iki dövlətin liderləri dəhliz məsələsində demək olar eyni mövqeni ifadə etdilər.
Paşinyan Avropadakı çıxışında onu da qeyd edib ki, ölkəsi ilin sonuna qədər sülh müqaviləsini imzalamağı planlaşdırır. Düzdür, o bunu yalnız Brüssel formatı çərçivəsində görür. Fərq etməz. Əsas odur ki, sülh müqaviləsi imzalansın. Məsələyə bu prizmadan yanaşdıqda ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması baş verə və bu kontekstdə Zəngəzur dəhlizi də işə salına bilər”.
Elman Nəsirovdan Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA – “İlin sonuna qədər reallaşa bilər”
18
oktyabr
17:22

Qarabağ
KOMMENTLƏR
"Zəngəzur dəhlizinin açılması qaçılmazdır" - Dövlət başçısı
Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək - Prezident
Erməni səfirin Zəngəzur dəhlizi ilə bağlı çıxışına Azərbaycandan CAVAB
İlham Əliyev Zəngəzur dəhlizinin açılacağı tarixi AÇIQLADI
Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər: diplomatiya nəticə verir...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat