Polşanın Qdansk şəhərində Polikarp N. (64) adlı keşiş uşaqlara qarşı cinsi istismarda günahkar bilinib.
Xarici mənbə xəbər verir ki, Özünə olan etibardan istifadə edərək dini ibadət etmək bəhanəsi ilə 10 il ərzində 4 uşağa cinsi zorakılıq etdiyi müəyyən edilən keşişin bəzi əməllərini Polşada, bəzilərini isə xaricdəki vəzifəsi zamanı törətdiyi bildirilib.
Qdansk Polis İdarəsinin mətbuat xidmətindən Piotr Pavlovski bildirib ki, keşiş Polikarp N. məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul etməməklə susmaq hüququndan istifadə edib.
Prokurorluq tərəfindən 14 müxtəlif cinayətdə ittiham olunan keşiş məhkəmə qərarı ilə həbs edilib. Keşiş hər cinsi zorakılığa görə 3 ildən 15 ilə qədər həbs cəzası ilə mühakimə olunacaq.
Vatikanın Xarici İşlər Katibliyində də işlədiyi deyilən keşiş 2022-ci ildə pedofiliya ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Uşaq və Gənclərin Müdafiəsi Nümayəndəliyi tərəfindən edilən cinayət şikayəti ilə barəsində istintaq başladılan keşişin 2006-2016-cı illər arasında cinsi zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.
4 uşağa cinsi zorakılıq edən kişi həbs olundu
01
noyabr
10:37
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı