Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səslənib.
Daha sonra çıxış edənlər giriş nitqi ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib və bayramlarını təbrik edib.
Sonra isə tədbir İncəsənət xadimlərinin çıxışları ilə davam edib.
