İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Azərbaycan Prezidenti: "İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir"
09
noyabr
12:34

Qarabağ
KOMMENTLƏR
Prezident Daşkənddə Zirvə toplantısında iştirak etdi - YENİLƏNİB
"Azərbaycan İƏT-in işində fəal iştirak edir" - Prezident
"Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulub" - İlham Əliyev
Ərdoğan bu gün Özbəkistana gedir
"Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir” - Prezident
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat