Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Məlumata əsasən, bu gündən başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək.
Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək günlənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.
