Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü Bakıda anılıb.
Report xəbər verir ki, Atatürkün abidəsi önündə keçirilən anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları, qardaş ölkənin dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.
Əvvəlcə Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra səfirlik binasında Türkiyə bayrağı yarıya qədər endirilib. F.Ataoğlu və C.Bağcı abidə önünə əklil qoyublar.
Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
C.Bağcı çıxışında Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini deyib. Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən bəhs edib.
Atatürkün müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olduğunu bildirən səfir əlavə edib ki, Qazi Mustafa Kamal Atatürk ülvi hissləri ilə millətinə bağlı, istiqlal, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir: “Atatürkün ən böyük əsəri olaraq xarakterizə etdiyi cümhuriyyətin 100-cü ildönümünü qeyd etməkdən qürur duyuruq. Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hörmətli, problemləri həll edən, regional və qlobal səviyyədə qlobal ədalətsizliklərə qarşı ədalətin müdafiəçisi olan güclü dövlətdir”.
Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyətin 100-cü ildönümü qeyd edilib: “Cümhuriyyəti daim yaşatmaq türk milləti olaraq borcumuzdur. Atatürkün vəfatının 85-ci ildönümünün Azərbaycanda anılması bütün türk millətinin Atatürkə sədaqətinin göstəricisidir. Atatürkü rəhmət və minnətlə yad edirəm".
Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib.
Atatürkün xatirəsi Bakıda anılıb
10
noyabr
15:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat