Çelyabinsk vilayətinin Plastovski rayonunda Sonya adlı pişik fərdi evdə yanğın zamanı azyaşlı sahibini xilas edib.
Rusiya mediası bildirir ki, hadisənin Radiomayka kəndində baş verdiyi bildirilir. Yanğın zamanı uşağın valideynləri evdə olmayıb, azyaşlı qız isə yatıb və tüstü iyi hiss etməyib. Ev heyvanı var gücü ilə otağın qapısını qaşımağa başlayıb və onu oyatmağa nail olub.
“Qapını açan və qatı tüstü görən uşaq Sonyanı qucağına alaraq pəncərədən çıxaraq xilas olub. Xoşbəxtlikdən həm qız, həm də pişik xəsarət almayıb”, - Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər.
Məlum olub ki, yanğına səbəb mətbəxdəki elektrik sayğacındakı qısaqapanma olub.
Pişik yanğın zamanı azyaşlı sahibini belə xilas etdi
10
noyabr
17:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı