Bir az uzun alındı amma çalışdım ki, sadə dillə və ətraflı izah edim ki, tam aydın olsun.
Sabah inşallah Ağdam qaytarılır. Ağdam sağ olsun elə vacib yerdədir ki. Mən sayım siz də oxuyun:
Ağdam Xankəndindən Xocavəndə gələn iki yolun üstündədir. Yəni həmin iki yol Ağdam ərazisindən keçir. Xocavəndə Xankəndindən cəmi bircə yol qalır - Qırmızıbazardan keçən yol - o da Sığnaq, Çanaqçı kəndləri tərəfdən (şəkildə qırmızı ulduzla göstərilib) bizim nəzarətimiz altındadır. Ağlı olan erməni belə halda Xocavənddə yaşamaz. Düşünürəm ki, yaşayan ya olmayacaq ya da çox az sayda olacaq, ancaq yaşlılar və dövlət işçiləri.
Ağdam Xocavənd-Ağdərə yolunun da üstündədir. Xocavənddən Ağdərəyə və əks istiqamətə gedən sülhməramlılar da bizim nəzarətimizdən keçib gedəcəklər.
Bundan başqa Ağdamın ən cənub nöqtəsindən avtomobil yolu ilə Xocavənd şəhərinə cəmi 4.5 km-dir. Belə olanda Xocavənd şəhəri şimaldan Ağdam, şərqdən Ağcabədi, cənubdan Füzuli rayonu ilə əhatəyə alınmış olur. Üç tərəfdən mühasirəyə alınmış şəhərdə kim yaşayar?!
Bu işin Xocavənd hissəsi. Keçək Ağdərəyə. Ağdərəyə 3 yol gəlirdi-biri Xocavənddən gələn, biri Kəlbəcərdən gələn, o biri də Xankəndindən gəlib Vəngli, Heyvalı kəndlərindən keçən yol. Birincinin Ağdamın qayıtması ilə bağlanmış olduğunu yazdım artıq. İkinci də Kəlbəcərdən sonra bağlı olacaq. Qaldı 3-cü yol. Əvvəla bu yol əlverişli yol deyil çünki asfalt örtüyü yoxdur. Dağ yollarıdır. İkincisi də onun da bir hissəsi Ağdamın ən qərb nöqtəsindən əl çatımı qədər yaxındır-cəmi 1.7 km! (Xəritədə işarələnib) Həm də maraqlı budur ki, bu qərb nöqtə o bölgənin ən hündür təpələridir. Yəni oradan bütün ətrafa mənzərə açılır!
Bundan başqa Ağdamın ən şimal nöqtəsindən Ağdərəyə avtomobil yolu ilə (!) cəmi 3.3 km-dir! Ağlı başında olan erməni bu şəraitdə Ağdərədə də qalmaz ki, Xocavənddə olduğu kimi burada da ancaq yaşlılar və dövlət qulluqçularının yaşayacağını düşünürəm. Xocavənddə olduğu kimi, üç tərəfdən düşmənlə əhatə olunmuş şəhərdə kim qalar?!
Bu da işin Ağdərə tərəfi. Keçək Xankəndinə. Ağdamın cənub-qərb ucu bayaq yazdım ki, Xankəndi-Xocavənd yolunu bağlayır. Bax, bu nöqtədən Xankəndinə maşın yolu ilə cəmi 11 km-dir! İş çətinə düşsə 11 km sonra Xankəndindəyik!
Ağdam rayonunun Əsgəran tərəfindən sərhədindən Əsgəran şəhərinə isə cəmi 850 m-dir! O qədər azdır ki, xəritədə göstərə bilmədim. 
Bu yazdıqlarımı erməni tərəfinin və Rusiya sülhməramlılarının xəritələri də təsdiq edir. 
Bir sözlə yaşa, Ağdam! Xoş qayıtdın!
Xaqani Xudaverdiyev

скачать dle 12.1