İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın açıqlama verib.
"Eyni zamanda qanun layihəsinə əsasən icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib. Qeyd edim ki, müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur", - o deyib.
Əlavə olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub. 2024-cü il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək artırılması “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə nəzərdə tutulub. Sözügedən layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır.
İşsiz şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcək
22
noyabr
10:57
Qarabağ
KOMMENTLƏR
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı
Bu məsələ daha bir il müddətinə təxirə salınır
Taksi sürücüləri icbari tibbi sığorta haqqı ödəyəcəklər
“İcbari tibbi sığorta haqqında” qanun layihəsi hazırlana bilər
Toy aparıcıları, bərbər və dərzilər tibbi sığorta haqqı ödəyəcəklər
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı