Şuşadan Qorisə (Laçın dəhlizi) gedən yolda Azərbaycan hərbi formasında bir qrup silahsız insanın görünməsi Ermənistanda panikaya səbəb olub.
Bakısəsi Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazıb. Agentliyin iddiasına görə, onlar Şuşaya gedən yolların kəsişməsində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqələrinin yaxınlığında deyilmişlər. İndiki halda Azərbaycan forması geymiş şəxslər Stepanakert (Xankəndi) tərəfdən Şuşaya ikinci girişdən bir neçə kilometr aralıda, nəzarət məntəqələrinin ərazisindən kənarda olublar.
Agentliyin müxbiri David Qalstyan Azərbaycan Ordusunun formasını geymiş iki nəfərin birbaşa yolda dayandıqlarını, guya yoldan keçən avtomobilləri saxlamağa çalışdıqlarını bildirib. 4-5 nəfərlik başqa bir qrup isə yoldan bir az aralı, hansısa binanın yanında dayanıbmış. Onlarda silah görən olmayıb. Yanlarında iki at var imiş. Təhlükəsizliyə görə yoldan keçən sürücülər maşınlarını saxlamayıblar.
Müxbirlər gördükləri barədə Lisagor qəsəbəsi yaxınlığındakı erməni polisinə, habelə Rusiya sülhməramlılarına və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına məlumat veriblər.
Ermənistan MTX-dan jurnalistlərə bildiriblər ki, "marşrutun həmin hissələrində belə insident qeydə alınmayıb".
Bununla yanaşı, erməni polisləri jurnalistlərə bildiriblər ki, həmin şübhəli adamlar qrupu barədə onlara əvvəllər o ərazidən keçmiş digər şəxslər də məlumat veriblər.
Laçın dəhlizində azərbaycanlıların görünməsi Ermənistanda panika yaratdı
24
noyabr
11:23
Qarabağ
KOMMENTLƏR
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
Azərbaycanda ödənişli yol: Saatda 120 km - VİDEO
Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi - VİDEO
Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı