İl ərzində Quranın yandırılması ilə müşayiət olunan aksiyalar və təbliğat kampaniyaları İsveçə xaricdə mənfi imic formalaşdırıb.
İsveç İnstitutunun mütəxəssisləri Yaxın Şərq, Şimali Afrika və Asiyada, xüsusilə Səudiyyə Ərəbistanı, Misir, Mərakeş, İran, İraq, Türkiyə, Hindistan, İndoneziya və Pakistan əhalisi arasında aparılan sorğunun nəticələrinə həsr olunan son tədqiqatlarında bu qənaətə gəliblər.
Sorğuda hər ölkədən 1000-ə yaxın respondent iştirak edib. Nəticələrə əsasən, rəyi soruşulanların böyük hissəsi İsveçə qarşı mənfi münasibət bəslədiyini ifadə edib, bunun başlıca səbəbi kimi ölkənin müsəlmanlara qarşı dözülməzliyini göstərib.
Eyni zamanda, bəziləri əvvəlki kimi, İsveçə qarşı müsbət münasibətdədir.
“Nəticə tamamilə gözləniləndir. Biz gördük ki, İsveçdə Quranın yandırılması aksiyaları və təbliğat kampaniyaları ilə bağlı müzakirələr gedir. Lakin bütövlükdə dünyada İsveçin pozitiv imici yaranıb. Respondentlər İsveçin ətraf mühitin mühafizəsinə və həyat keyfiyyətlərinə bağlılığını ölkənin güclü tərəfi kimi qeyd ediblər”, - deyə İsveç İnstitutunun Baş direktoru Madlen Şöstedt deyib.
Quranın təhqir olunması İsveçin imicinə mənfi təsir göstərib
15
dekabr
10:19
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı