Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin hava limanına Qəzza zolağının əhalisinə humanitar yardım aparan 300-dən çox yük təyyarəsi enib.
TASS xəbər verir ki, bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin Şimali Sinay əyalətindəki rəhbəri Xalid Zayed bildirib.
Onun sözlərinə görə, oktyabrın 12-dən indiyədək Qəzza sakinlərinə humanitar yardım daşıyan 305 təyyarə Əl-Ariş hava limanına enib.
Xalid Zayed əlavə edib ki, 8,5 min ton dərman, ərzaq məhsulları, geyim, çadırlar, şəxsi gigiyena vasitələri, o cümlədən onlarla təcili yardım maşını və bir neçə səhra xəstəxanası anklavda yerləşdirmək üçün Sinayın şimalına təyyarə ilə çatdırılıb.
Onun sözlərinə görə, fələstinlilərə hava yolu ilə yardım BMT, UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı beynəlxalq humanitar və xeyriyyə təşkilatları tərəfindən göndərilib: “30 ölkə Əl-Arişə humanitar yardım aparan təyyarələr göndərib”.
Misirə Qəzza zolağına humanitar yardım aparan 300-dən çox təyyarə enib
15
dekabr
16:15
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı