Avropa İttifaqı sığınacaq və miqrasiya siyasətində dəyişikliklər edəcək.
Aİ-nin sığınacaq və miqrasiya ilə bağlı hüquqi çərçivəsini əsaslı şəkildə yenidən nəzərdən keçirəcək beş əsas qaydanın siyasi elementləri ilə bağlı Aİ Şurası və Avropa Parlamenti razılığa gəliblər.
Aİ Şurasının yaydığı məlumatda bildirilib ki, yeni dəyişikliklər qeyri-qanuni miqrantların Aİ-yə gəldikdən sonra yoxlanılması, biometrik məlumatların toplanması, sığınacaq müraciətinə baxılması üçün hansı üzv dövlətin məsuliyyət daşıması, üzv dövlətlər arasında əməkdaşlıq, həmrəyliyi və böhran vəziyyətlərini, ümumilikdə sığınacaq üçün müraciətlərin edilməsi və baxılması prosedurlarından tutmuş, sığınacaq və miqrasiya idarəçiliyinin bütün mərhələlərini əhatə edir.
Aİ Şurası qeyd edib ki, yeni qaydalar qəbul edildikdən sonra bu, Avropa sığınacaq sistemini daha effektiv edəcək və ən çox miqrantların gəldiyi üzv dövlətlərin yükünü yüngülləşdirməyə imkan verməklə üzv dövlətlər arasında həmrəyliyi artıracaq.
Bugünkü müvəqqəti razılaşmadan sonra, yeni qaydaların təfərrüatlarını dəqiqləşdirmək üçün növbəti həftələrdə texniki səviyyədə işlər davam etdiriləcək. Bundan sonra müvəqqəti saziş təsdiq üçün üzv dövlətlərin nümayəndələrinə təqdim ediləcək.
Qeyd edək ki, bugünkü siyasi razılaşmanın bir hissəsi olan beş qaydanın hamısı Avropa Komissiyasının 23 sentyabr 2020-ci ildə təklif etdiyi Miqrasiya və Sığınacaq üzrə Yeni Paktın tərkib hissəsidir.
Avropa İttifaqı sığınacaq və miqrasiya siyasətində dəyişikliklər edəcək
20
dekabr
12:57
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı